Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, şair Cığatel İsaqızının 10 yaşlı nəvəsi Süleyman avtomobil qəzasında dünyasını dəyişib.
Axşam.az-ın məlumatına görə, şair hadisədən sonra ilk dəfə paylaşım edib. O, nəvəsinin fotosunu paylaşaraq "Könlüm Süleyman istəyir" şeirini yazıb.
Qeyd edək ki, sözügedən hadisə avqustun 6-da Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ