İnsanlara hürriyət, millətlərə istiqlal!

"Chevron" Venesueladan neft ixracını dayandırdı

"Chevron" şirkəti Venesuelada ABŞ-a çatdırılmaq üçün tankerlərə yüklənən nefti geri boşaltmağa başlayıb.

Musavat.com xəbər verir ki, bunu Venesuelanın icraçı vitse-prezidenti və maye yanacaqlar naziri Delcy Rodriguez Telegram kanalında yazıb.

Onun sözlərinə görə, buna səbəb ABŞ hökumətinin tətbiq etdiyi sanksiyalardır. Məhz sanksiyalara görə alınan neftin dəyərini Venesuelaya ödəmək mümkün olmur. Buna görə də "Chevron" Venesuela neft-qaz şirkəti Peroleros de Venezuela (PDVSA) neftini tankerlərdən geri boşaldır.

Nazir əmindir ki, bu neft beynəlxalq bazara çıxacaq və PDVSA transmilli şirkətlərlə müqavilələrin şərtlərinə əməl edəcək.

Nazir bildirib ki, bu müharibədə Venesuela qalib gələcək.

Qeyd edək ki, 2015-ci ildən ABŞ və müttəfiqləri Venesuelaya qarşı 930-dan çox sanksiya tətbiq edib. Venesuela iqtisadiyyatına ən böyük zərər 2019-cu ildə (Donald Trampın ilk prezidentliyi) PDVSA-ya qarşı tətbiq edilən sanksiyalardan gəlir. 2025-ci il fevralın 26-da Tramp sanksiyalardan Amerika neft şirkətlərinin Venesuelada fəaliyyət göstərməsinə icazə verən istisnaları ləğv edib. Beləliklə, "Chevron" Venesuelada neft qazma lisenziyasından məhrum edilib və mayın 27-də ölkədə fəaliyyətini dayandırmalıdır. Martın sonunda bütün xarici şirkətlər üçün Amerika lisenziyaları ləğv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR