İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov və Hakan Fidan bu məsələləri müzakirə edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə birgünlük səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşü zamanı Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək.

Bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər.

"Bundan başqa, İsrail və Fələstin də daxil olmaqla yaxın bölgələrdə cərəyan edən hadisələr də müzakirə olunacaq", - məlumatda bildirilib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR