İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov livanlı həmkarı ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Livan Respublikasının xarici işlər və diaspora naziri Abdallah Bouhabib ilə görüş keçirib.

Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan və Livan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət və s. sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. XİN-lər arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Livan arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov regionda baş verən son proseslər, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də 4 kəndimizin işğaldan azad edilməsi ilə nəticələnən razılaşma barədə həmkarına məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:08

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Livanın xarici işlər və mühacirlər naziri Abdullah Buhabib ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat yayılıb.

Bildirilib ki, tərəflər ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib, regionda baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR