İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya və Yaponiya ayaqda: Təcili müzakirələr başlayır...  

Cənubi Koreya hökuməti bu gün ABŞ prezidenti Donald Trampın avtomobil idxalına əlavə rüsum tətbiq etmək qərarı ilə əlaqədar yerli avtomobil istehsalçıları ilə təcili iclas keçirəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi görüşdə ən böyük avtomobil şirkətlərinin nümayəndələrinin iştirak edəcəyini açıqlayıb.

Trampın qərarının ciddi mənfi təsiri gözlənilən daha bir ölkənin - Yaponiyanın baş naziri Şiqeru İşiba ABŞ-ın avtomobillərə tətbiq etdiyi rüsumlara cavab olaraq “bütün variantları” nəzərdən keçirdiyini bildirib: "Biz Yaponiyanın milli maraqlarına nəyin ən yaxşı olduğunu düşünməliyik. Biz ən təsirli cavab üçün bütün variantları nəzərdən keçiririk".

O həmçinin qeyd edib ki, Yaponiya ABŞ-da ən böyük investordur: "Ona görə də biz Vaşinqtonun bütün ölkələrə vahid tariflər tətbiq etməsinin məntiqli olub-olmaması ilə maraqlanırıq. Bizim təkid etdiyimiz və israr etməyə davam edəcəyimiz budur".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 2-dən etibarən xaricdə istehsal olunan bütün avtomobillərə 25 faiz idxal rüsumu tətbiq etməyə hazırlaşır. Bu addımın Cənubi Koreya və Yaponiya avtomobil istehsalçılarına və bütövlükdə qlobal avtomobil sənayesinə böyük zərbə vuracağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR