İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya prezidenti gizli şəkildə iqamətgahı TƏRK ETDİ - SENSASİON İDDİA

Cənubi Koreya prezidenti Yun Sok Yolun Seulun mərkəzində yerləşən Yonqan bölgəsindəki iqamətgahını gizli şəkildə tərk edərək başqa bir yerdə yerləşdiyi ehtimal edilir.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə aparıcı müxalifət partiyası "Toburo"nun deputatı An Gyu Bek KBS radiosunun efirində bildirib.

“Eşitdiyim məlumata görə, o artıq (Yonqan bölgəsini) tərk edib və başqa bir yerdə gizlənib”, – deyə deputat bildirib.

“Mənə belə bir informasiya verilib. Güman edilir ki, o, iqamətgahı tərk edib və üçüncü bir məkanda yerləşib. Eşitmişəm ki, polis də bu fərziyyəyə əsaslanaraq onun yerini izləyir”, – deyə An Gyu Bek əlavə edib.

Qeyd edək ki, "Toburo" Demokratik Partiyası parlamentdə 300 yerdən 170-nə nəzarət edir və Yun Sok Yola qarşı impiçment qərarının qəbulunda mühüm rol oynayıb.

Bundan əvvəl, yüksək rütbəli məmurlara qarşı korrupsiya işləri üzrə İstintaq İdarəsinin rəhbəri O Don Un prezidentin hazırda iqamətgahda olub-olmaması barədə suala dəqiq cavab verə bilməyəcəyini bildirib.

Prezidentin rezidensiyanı tərk edə biləcəyi ilə bağlı suala cavabında isə O Don Un müxtəlif ehtimalların nəzərdən keçirildiyini qeyd edib. Məhz bu idarə prezidentin həbsi üçün order əldə edib.

Yun Sok Yolun dekabrın 14-dən bəri (ona impiçment elan edildiyi tarixdən) iqamətgahda olduğu güman edilir. Yanvarın 3-də polisin bildirdiyinə görə, müstəntiqlər prezidenti həbs etməyə cəhd edən zaman o, iqamətgahda olub.

"Prezidentin dəqiq harada olduğunu açıqlaya bilmərik. Biz onun yerini izləməyə davam edirik", - polis əməkdaşı "Yonhap"a bildirib.

Qeyd olunub ki, hərbi vəziyyətlə bağlı baş verən hadisələrdən sonra qiyam işi çərçivəsində araşdırmalar davam edir və Cənubi Koreya prezidentinə ölkəni tərk etmək qadağan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR