İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya parlamentı müxalifət liderinin həbsinə razılıq verməyib

Koreya Respublikasının parlamentı müxalifətin aparıcı “Toburo” partiyasının sədri Li Çje Mönün korrupsiya işi ilə bağlı həbsinə dair hökumətin sorğusunu təmin etməyib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, səsvermədə 139 deputat həmkarlarının həbsi üçün sorğunu dəstəkləyib, 138 parlament üzvü əleyhinə çıxıb, doqquz nəfər bitərəf qalıb, 11 səs isə etibarsız sayılıb.

“Toburo” partiyası parlamentdəki 299 yerin 169-na sahib olsa da, səsvermənin nəticəsi gözlənilməz olub. Belə ki, partiya üzvlərinin bəziləri sədrlərinin həbsinə tərəfdar çıxıb.

Li Çje Mönün həbsi üçün səsvermədə iştirak edən 297 deputatın 149-nun (yarıdan çoxunun) səsi lazım gəlirdi. Bundan sonra hüquq-mühafizə orqanları ittihamı siyasətçini həbs etmədən irəli sürməli olacaq.

Fevralın ortalarında Koreya Respublikasının prokurorluğu korrupsiyada ittiham olunan partiya sədrinin həbsinə order verməsi üçün məhkəməyə müraciət edib. Li Çje Mön parlament üzvü olduğu üçün onun həbsini qanunverici orqan təsdiqləməli idi. Ədliyyə Nazirliyi ötən həftə parlamentə müvafiq sorğu göndərmişdi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR