İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ "Şkendiya"nı səfərdə məğlub etdi

İlk yayın vaxtı 22:12

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubunu 1:0 hesabı ilə məğlub edib.

"Todor Proeski" stadionunda keçirilən qarşılaşmada yeganə qol 18-ci dəqiqədə penalti zərbəsindən Toral Bayramov tərəfindən vurulub. Penalti isə Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunub.

Qarşılaşmanın cavab oyunu avqustun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da start götürəcək. İki görüşün nəticəsinə əsasən qalib gələn komanda pley-off mərhələsində Bolqarıstanın "Ludoqorets" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq. 

***

“Qarabağ” səfərdə üstünlüyü ələ aldı – Bayramovdan erkən qol

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” oyunu start götürüb və hesab artıq açılıb.

Musavat.com xəbər verir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda baş tutan qarşılaşmaya slovakiyalı baş hakim İvan Krujlyak rəhbərlik edir.

Matçın 18-ci dəqiqəsində Ağdam təmsilçisi penalti zərbəsi ilə hesabda önə keçib. “Qarabağ”ın heyətində Toral Bayramov dəqiq zərbə ilə komandasını irəli çıxarıb. 

 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR