Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Rusiya Ukraynaya 500-dək “Şahid” dronu və raketlərlə hücum edib. Hücumlar xüsusilə paytaxt Kiyevə yönəlib. Musavat.com Unian-a istinadən xəbər verir ki, şəhərdə ciddi dağıntılar və itkilər var.
Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenkonun bildirdiyinə görə, gecə ərzində Rusiya mülki infrastrukturu hədəfə alaraq, hücum pilotsuz təyyarələri ilə Kiyevə davamlı olaraq hücum edib: "Paytaxtın 7 rayonuna ziyan dəyib. Çoxmərtəbəli və fərdi yaşayış evlərində qismən dağıntılar, yanğınlar var. Avtomobillər və anbarlar yanıb".
Şəhərin meri Vitali Kliçko gecə hücumu nəticəsində paytaxtda 4 nəfərin yaralandığını, onların hamısının həkimlər tərəfindən xəstəxanaya yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, Şevçenkivski rayonunda biznes mərkəzinin binasında, Solomenski rayonunda çoxmərtəbəli binada yanğın baş verib. Həmçinin Podolskda PUA qalıqları iki yerə düşüb.
Obolon Rayon Dövlət Administrasiyasının rəhbəri Kirilo Fesikin verdiyi məlumata görə, Kiyevin Obolon rayonunda çoxmərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrində yanğın baş verib. 18 mənzilə ziyan dəyib: "Obolon əsas hədəflərdən biri idi. Çoxlu sayda partlayış və çoxlu sayda yanğın. Yaşayış sektoruna qismən ziyan dəyib".
Kiyevlə yanaşı, Rivne bölgəsi də güclü hava hücumuna məruz qalıb. Rivne Regional Dövlət Administrasiyasının rəhbəri Koval qeyd edib ki, ilkin məlumata görə, bir mülki şəxs yaralanıb. O qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri bölgə üzərində düşmənin xeyli sayda hədəfini məhv edib. Dubno şəhəri hərbi aerodromun yerləşdiyi ərazi olduğu üçün ən çox zərbələr ora endirilib.
Ötən gecə həmçinin Ukrayna Rusiya ərazisinə dron hücumları təşkil edib. Gecə səhərə qədər Moskvanın bütün aeroportları işləyə bilməyib. Bundan əlavə, Kaluqa, Rostov, Tombov, Saratov, Samara, Kazan, Sankt-Peterburqun Pulkovo, Nijnekamsk, Tatarıstan, İjevsk, Kirov və digər aerportları da fəaliyyətini dayandırmalı olub.
Musavat.com
11 Iyun 2025
03:54 Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ