Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Tekirdağ vilayətində baş verən yol qəzasından sonra bölgəyə sövq edilən jandarma ilə təcili yardım işçiləri arasında insident yaşanıb.
Musavat.com xəbər verir ki, jandarmada xidmət edən çavuş ilə tibb işçisi dava edib.
Hadisə zamanı çavuş tibb işçisinə yumruq zərbələri endirib. Daha sonra həmin şəxs təcili yardım avtomobilinin sürcüsünə də hücum edib. O, sürücünün yanağını dişləyib.
Baş verənlərdən sonra həmin çavuş vəzifəsindən uzaqlaşdırılıb.
Hadisə anları təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ