İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cavabı çox gözləməli olmayacaqlar”-Deputatdan erməni təxribatlarına reaksiya  

“Ermənistan rəhbərliyinin 31 avqust Brüssel görüşündən bir gün sonra sülhdən dəm vurub Lavrovla Mirzoyan arasında telefon danışığı başa çatar-çatmaz sərhəddə və hətta Qarabağda ordumuzun mövqelərini atəşə tutdurması onu göstərir ki, Azərbaycana qarşı torpaq iddiasından əl çəkmək niyyətində deyillər”.

Musavat.com xəbər verir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Deputat Ermənistanın davamlı təxribatlarına diqqət çəkib:

“Ötən əsin sonlarındakı etnik təmizləməyə qədər əsrlər boyu azərbaycanlılar yaşamış yurd yerlərimizdən, məsələn, Göyçənin Aşağı Şorca, Yuxarı Şorca, Böyük Qaraqoyunlu(Əzizli) və Zərzibil(Zərkənd) kəndlərindən Kəlbəcərdəki mövqelərimizin davamlı atəş altında saxlanmasına biz nə qədər dözməliyik ki? Baxın, 1989-cu ildə Göyçənin sözügedən 4 kəndində 5525 azərbaycanlı vardı. Etnik təmizləmədən sonra onların yerinə haylar köçürlsə də, çoxu qalmayıb getdilər və ikinci Qarabağ savaşı başlamamışdan həmən kəndlərdə rəsmi statistikada cəmi 299 adamın yaşadığı göstərilirdi. Mümkündür ki, indi onlar da artıq oralardan rədd olub gediblər. Kəndlər özləri isə Qarabağda bir zamanlar işğal altında saxladıqlarından elə də fərqlənmir. Məsələn, 200-dən artıq ev olan Aşağı Şorcada indi sağ-salamat 20 ev qala-qalmaya, digərlərində də oxşar vəziyyətdir. Soruşuram, əgər oralar hay torpaqlarıdırsa, niyə Ağdamı, Füzulini, bir çox başqa rayonlarımızı, yaşayış qəsəbələrimizi necə vəhşicəsinə söküb-dağıtmışdırlarsa, onlara da o cür yanaşıblar.
Və nədən onlar bir gün belə yaşamağa haqq etmədikləri Qarabağı öz torpaqları sayıb Azərbaycana qarşı ərazi iddiası irəli sürürlər, bizə isə öz doğma yurd yerlərimizə gedə bilmirik, hələ üstəlik həmən kəndlərdən ordumuzun mövqeləri də atəşə tutulur”.

15848974842803550952_1200x630.jpg (198 KB)

S.Alıyev əmindir ki, ABŞ-ın regionda səfərdə olan təmsilçisi Filip Rikerə bu reallıq çatdırılacaq: “Yeri gəlmişkən, ABŞ Qafqazda mövqelərinin güclənməsinə çalışırsa, bunun ən asan və doğru yolu Ermənistandakı yurd yerlərindən didərgin düşən azərbaycanlıların ora qayıtması və statusları məsələsini diqqətdə saxlamaqdır. Təcrübəli diplomat cənab Riker yəqin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına getdikcə marağının niyə artdığını bilməmiş deyil.
Bayden administrasiyası Nikol Paşinyanın Vladivostokdakı açıqlamasından da göründüyü kimi Rusiyanın cızdığı çevrədən kənara çıxmayan və bu gedişlə uzun müddət çıxa bilməyəcək Ermənistanı düşdüyü vəziyyətdən doğrudan da qurtarmaq istəyirsə, onda hayları sülhə həvəsləndirməli, beynəlxaq normalarla və reallıqla hesablaşmağa çağırmalıdır”.

Deputat Azərbaycanın müdafiə nazirinin son əmrinin təsadüfi olmadığını vurğulayıb:

“Reallıq da budur ki, bütün təmas xətlərində üstünlük Azərbaycan ordusundadır və müdafiə naziri Zakir Həsənovun bu gün keçirdiyi xidməti müşavirədən də göründüyü kimi, qarşı tərəfin təxribatlarına dözmək niyyətində deyilik. Və əgər Ermənistan rəhbərliyi düşünürsə ki, Brüsseldəki razılaşmaya uyğun olaraq 5 diversantları qaytarılacaq, onlarsa öhdəliklərini yerinə yetirməyib, yenə öz bildiklərini edəcəklər, yanılırlar. Cavabı çox gözləməli olmayacaqlar. Bundan öncəki təxribatları Azərbaycanın Müdafiə Nazirliyində xidməti müşavirənin gündəliyinə çıxarılandan sonra nə baş vermişdisə, eynisi, mümkündür ki, daha təsirlisi təkrarlana bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR