İnsanlara hürriyət, millətlərə istiqlal!

Çatlar dərinləşir - Priqojin Putinin göstərişini RƏDD ETDİ

“Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin Ukraynada döyüşən qruplar barədə verdiyi göstərişə qarşı çıxıb.

Putin Rusiya hərbçilərinin sıralarında toqquşan könüllü və muzdlu qrupların "sağlam düşüncə, qurulmuş təcrübə və qanuna" uyğunlaşdırılması üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlaması barədə bəyanat yayıb.

Musavat.com xəbər verir ki, Priqojinin sözlərinə görə, heç kim müharibədə iştirak etməyə başlayanda onlara Müdafiə Nazirliyi ilə müqavilə bağlamalı olduğunu deməyib.

"Biz vətəni müdafiə etməyə gələndə prezident artıq bizə sosial təminatımızı vəd etdi. Mən bu gün buradayam, sabah yox. Təbii ki, döyüşü başa vuran döyüşçülərimiz və veteranlarımız üçün sosial təminatlar olmalıdır. Ancaq biz müharibəyə qoşulmaq qərarına gələndə heç kim bizə demədi ki, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaq. Vaqner döyüşçülərinin heç biri biabırçılıq yoluna qayıtmağa hazır deyil. Prezidentin (Vladimir Putin - red.) buna bir çarə tapacağını düşünürəm”.

Sözügedən müqavilədə döyüşdə yaralanan və ya ölən muzdluların ailələrinə kompensasiya verilməsi kimi bəndlər yer alır. Putinin göstərişindən sonra bir çox qruplar, o cümlədən çeçen muzdlular Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Ukraynadakı müharibədə bilavasitə Rusiya ordusunun tərəfində iştirak edən Priqojin müdafiə naziri Sergey Şoyqu və ordunun yüksək rütbəli rəsmilərini ötən ildən Vaqner qüvvələrinə kifayət qədər dəstək və sursat verməməkdə, bu səbəbdən daha çox itki verməkdə ittiham edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR