İnsanlara hürriyət, millətlərə istiqlal!

Canlı yayımda müxbirə etdiyi hərəkətə görə həbs olundu - VİDEO

İspaniyanın paytaxtı Madriddə yoldan keçən şəxsin canlı yayım zamanı İsa Balado adlı müxbirə etdiyi hərəkət gündəm olub.

Küçədən keçən kişi əli ilə İsanın ombasına toxunub.

Müxbir hadisədən sonra işini davam etdirib. Lakin televiziya proqramının aparıcısı vəziyyəti görüb və həmin adamın onu təqib edib-etmədiyini soruşub.

Qadın bu suala “Bəli” cavabını verdikdən sonra hələ də yanında dayanan kişiyə üz tutub.

İsa canlı yayımda olduğunu və onu tək qoymasını istəyib.

Qarşı tərəf heç bir şey etmədiyini iddia edərək özünü müdafiə edib və müxbirin saçına toxunmağa çalışıb.

İspaniya polisi sosial media hesabında yayımlanan paylaşımda canlı yayımda müxbirə qarşı cinsi hərəkətlər edən şəxsin həbs olunduğunu bildirib. (Ölkə.Az)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR