İnsanlara hürriyət, millətlərə istiqlal!

Canan Karatay məhkəmə qarşısında - 20 milyon...

Türkiyəli məşhur qidalanma üzrə mütəxəssis Canan Karatay məhkəmə qarşısına çıxacaq. O, illər öncə müayinə etdiyi xəstənin qəflətən ölməsi səbəbindən mühakimə olunacaq.

Musavat.com Yenisabah.az-a istinadən xəbər verir ki, şikayətçi tərəf Canan Karataydan 20 milyon lirə (954 min manat) təzminat tələb edir. 81 yaşlı professor isə bütün iddiaların tamamilə təkzib edib.

Qeyd edək ki, ölən şəxs İbrahim Ətəm 2016-cı ildə Canan Karatay tərəfindən müayinə edilib və ona xüsusi qidalanma forması tərtib edilib. Lakin mərhumun qohumları Karatayın tövsiyə etdiyi dərman və qidaların İbrahim Ətəmin səhhətini daha da pisləşdirdiyini iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR