İnsanlara hürriyət, millətlərə istiqlal!

Buranın kişiləri arvadından qorxur, üzlərini örtüb qadının soyadına keçirlər

Kişiləri üzünü örtür və xanımlarının icazəsi ilə aça bilirlər, həmçinin onlar evləndikləri qadınların soyadını daşıyırlar...

Bu məlumatlar Taureqlərə aiddir.

Şimali və Qərbi Afrikada yaşayan Tuareqlər maraqlı mədəni xüsusiyyətləri ilə seçilirlər. Digər müsəlman cəmiyyətlərindən fərqli olaraq, burada kişilər üzlərini örtmək məcburiyyətindədir, qadınlar isə daha azad bir sosial mövqeyə malikdirlər.

Tuareq kişiləri günəş və tozdan qorunmaq, eləcə də hörmət və əxlaq simvolu kimi üzlərini örtürlər. Onlar adətən 25 yaşından sonra mavi rəngli örtük (tagelmust) taxmağa başlayırlar. Maraqlıdır ki, qadınların üz örtmək məcburiyyəti yoxdur.

Tuareq cəmiyyəti matriarxal sistemlə idarə olunur. Burada qadınlar ailədə və cəmiyyətdə əsas söz sahibidir. Kişilər analarının soyadını daşıyır və miras ana xətti ilə ötürülür. Bu sistem Tuareg xalqını digər ənənəvi Afrika və müsəlman cəmiyyətlərindən fərqləndirir.

Tuareq qadınları boşanmaq hüququna malikdir və boşandıqdan sonra sosial mövqelərini itirmirlər. Onlar şeir və musiqi vasitəsilə öz düşüncələrini ifadə edir, kişilərin dünyagörüşünə təsir göstərirlər.

Bu unikal mədəniyyət əsrlər boyu Tuareg xalqının kimliyini qoruyub saxlamağa kömək edib. Ancaq müasir dövrün təsiri altında bu ənənələrin gələcəyi sual altındadır./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR