İnsanlara hürriyət, millətlərə istiqlal!

Bugünkü seçkilərlə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

"Azərbaycanda seçkilər hər hansı təzyiq və məcburiyyət olmadan həyata keçirilib".

Musavat.com bildirir ki, bu sözləri Beynəlxalq Parlamentarilər Konqresinin (International Parliamentarians Congress, IPC) baş katibi Sitara Ayaz keçirilən mətbuat konfransında deyib.

"Seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələri iştirak edirdilər ki, bu da şəffaflığın göstəricisidir.

2024-cü il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə etdikdən sonra sizə müraciət etməkdən qürur duyuram. Seçki prosesini belə yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökuməti və xalqını təbrik etmək istərdim. Biz bu seçki prosesi boyu nümayiş etdirilən aşkarlıq və şəffaflıqdan məmnun qaldıq", - S. Ayaz bildirib.

O qeyd edib ki, seçki prosesi şəffaf şəkildə həyata keçirilib.

"Saat 10:00-dan müşahidə missiyamıza başladıq və 10-a yaxın seçki məntəqəsində olduq. Bakı sakinlərinin öz seçki hüququndan həvəslə istifadə etdiyinin şahidi olduq.

Seçki məntəqələrindəki heyət yaxşı hazırlanmışdı. Günün sonunda bir seçki məntəqəsinə də baş çəkərək, səslərin sayılması prosesini də müşahidə etdilər. Orada müxtəlif partiyaların nümayəndələri də vardı. Bu da bizim diqqətimizi cəlb etdi", - deyə Sitara Ayaz vurğulayıb.

Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR