İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu TƏXRİBAT Fransaya və Avropa İttifaqına sərf edir” - İLGİNC ŞƏRH

Uzun müddətdən sonra və sülh müqaviləsinin imzalanma prosesinə addımlanan bir zamanda Ermənistanın sərhəd təxribatlarının məqsədi barədə Musavat.com-a danışan politoloq Tural İsmayılov maraqlı məqamlara diqqət çəkib.

TURAL.jpg (232 KB)

Siyasi şərhçi qeyd edib ki, bu, Ermənistanın düşünülmüş, məqsədli təxribat strategiyasının davamıdır:

“Düşünürəm ki, Azərbaycanın Ermənistanla sülh danışıqlarını təkid etdiyi bir vaxtda, Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyasının olduğu bir zamanda belə bir təxribatın törədilməsi Ermənistanın yenidən silahlandırılmasının nəticəsidir. Xüsusilə Aİ-nin mülki müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədlərində olduğu bir dövrdə belə bir təxribatın törədilməsi Azərbaycanla Ermənistan arasındakı sülh və etimad quruculuğu prosesinə böyük bir zərbə vurdu”.

TEXRİ EN SON.png (768 KB)

Politoloq təxribatın digər köklü səbəblərinə də aydınlıq gətirib:

“Ermənistanın məqsədli şəkildə delimitasiya və demarkasiya işlərini uzatması, Azərbaycanla sülh sazişi ilə bağlı müzakirələr üçün görüşülməsi, qarşılıqlı şəkildə anlaşmanın gecikdirilməsi, son dövrlər Nikol Paşinyan da daxil olmaqla, Ermənistan hökumətində təmsil olunan şəxslərin verdiyi təxribat xarakterli açıqlamalar Azərbaycanla Ermənistan arasında vəziyyətin bu həddə gəlib çatmasına səbəb olub”.

Tural İsmayılov baş verən təxribatın Fransaya və Avropa İttifaqına sərf etdiyini, buna görə də hadisəyə hələ də heç bir reaksiya vermədiklərini bildirib:

“Dünən sərhəddə baş verənlər və bunun fonunda Azərbaycan-Ermənistan sülh danışıqlarının zərbə almağı beynəlxalq aktorların işinə yarayır. Faktiki olaraq Fransa rəhbərliyi və Avropa İttifaqı missiyası adı altındakı casus şəbəkəsi Zəngilanda Azərbaycan sərhədçisinə qarşı törədilən təxribata adekvat reaksiya vermədi. Eyni zamanda özünün fəaliyyət missiyasının yarımçıq olduğunu göstərmiş oldu. Həmçinin bir daha aydın oldu ki, Ermənistan kimi bir dövlətlə sülh şəraitində yaşamaq hələ də qeyri-mümkün görünür”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR