Onlayn ictimai-siyasi qəzet
“Bugünkü konfransın mövzusu doğrudan da aktualdır. “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” adlı paneldə qədim insandan və onların məskənlərindən danışıldı. Bu məskənlərin araşdırılması gələcək üçün önəmlidir”.
Musavat.com xəbər verir ki, bu sözləri Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri” adlı paneldə çıxış edərkən deyib.
“İlkin insan mağarada yaşamağa başlayıb. Oturaq həyat tərzini qəbul edən insan isə sivilizasiyanın təməlini qoyub. Biz araşdırdıqca maraqlı yaşayış məskənlərinə rast gəlirik. Burada çiy kərpicdən hörülmüş binalara, buğda növlərinə, kiçik alətlərə rast gəlmişik. Çox unikal, daşdan, sümükdən hazırlanmış alətlərə, oraqlara rast gəlmişik. Bu tapıntılar göstərir ki, ritual və dini ayinlərdən istifadə olunub. Araşdırmalar onu da göstərdi ki, bəzi alətlər hazırlansa da, istifadə olunmayıb”, - o bildirib.
Könül
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ