İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəhərdə hər yerli sakinə 118.5 turist düşür

Avstriya bu il dünyanın ən turistik ölkəsi seçilib.

Musavat.com xəbər verir ki, “MoneyTransfers”in son araşdırmasına görə, ölkədə bir yerli sakinə 3,6 əcnəbi ziyarətçi düşür - 8,9 milyon əhalisi olan Avstriya hər il 31,9 milyon xarici turist cəlb edir.

Reytinqdə sonrakı yerləri Honq Konq və Yunanıstan tutur. Eyni zamanda Phuket (Tailand) dünyanın ən çox yüklənən turizm şəhəri kimi tanınıb, burada hər yerli sakinə 118,5 turist düşür. Maraqlıdır ki, dünyanın ən çox turist axını olan ilk 3 şəhərinin hamısı Tailand şəhərləridir: Pattaya ikinci yerdə (yerli əhali başına 98,7 turist), Krabi üçüncü yerdə (hər sakinə 72,2 qonaq) qərarlaşıb.

İlk 10-luqdakı Avropa şəhərlərinə gəldikdə, Yunanıstanın Heraklion şəhəri ən çox turist qəbul edir: o, hər yerli sakinə 22 turist göstəricisi ilə yeddinci yerdədir. Yunanıstanın digər şəhəri Rodos isə hər bir vətəndaşa 20,3 qonaq olmaqla 9-cu yeri tutub.

Səkkizinci yeri İtaliyanın Venesiyası tutub, burada hər yerli sakinə 21,3 əcnəbi ziyarətçi düşür. Həmçinin dünyanın ən az sıx olduğu ilk 3 şəhəri Rio-de-Janeyro (Braziliya), Buenos-Ayres (Argentina) və Pekindir (Çin).

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR