İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu sakinlərin qeydiyyat ünvanı dəyişdirilir

Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı Şuşa rayonunun işğaldan azad edilmiş Malıbəyli və Quşçular kəndləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Qanuna əsasən Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.

Xocalı Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən qeyd olunan kəndlərin sakinlərinin daimi qeydiyyat ünvanının dəyişdirilməsi zərurəti yaranıb. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi səyyar qruplar formalaşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə "ASAN Xidmət"dən məlumat verilib. Xəbərə görə, səyyar ASAN xidmət çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Gilavar sanatoriyasında və Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yaşayan müvafiq kəndlərin 150-dən çox sakininə xidmətin göstərilməsi nəzərdə tutulur. "Səyyar ASAN Xidmət"in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Etibar Seyidağa,
“Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR