İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qəsəbə 680 min dollar maaşla həkim AXTARIR - Ev, maşın VERİLƏCƏK

Avstraliyanın Kvinslend əyalətindəki 500 nəfərlik ucqar Culiya Krik qəsəbəsi tezliklə vəzifəsini tərk edəcək həkimin yerinə 680000 Avstraliya dolları (727.430 AZN) maaşla yeni həkim axtarır.

Musavat.com “Haberler.com”a istinadən xəbər verir ki, işə başlayacaq şəxs kirayə pulu verməyəcək və ona avtomobil də veriləcək.

Qəsəbəyə ən yaxın şəhər olan Taunsville 7 saatlıq məsafədə yerləşir. Namizədlər həmçinin qəsəbənin qızmar havasını və tropik həşəratlarını qəbul etməlidir. Vəzifəsindən ayrılan həkim Adam Louvs gələnlərin burada daha sakit bir həyat sürəcəyini və yeni bacarıqlar öyrənmək fürsəti əldə edəcəklərini qeyd edir.

Məlumata görə, Louvsdan əvvəl bu qəsəbədə 15 il boyunca daimi həkim olmayıb. Kəndə yalnız qısa müddətli səfərlər üçün gələn həkimlər olub. Bu, həm Avstraliyada, həm də dünyanın digər kəndlərində uzun illərdir davam edən bir problemdir.

Avstraliyada 2024-cü il hökumət hesabatına əsasən, ölkə üzrə 2500 həkim açığı mövcuddur və bu çatışmazlığın ən çox kəndlərdə artması gözlənilir.

Avstraliyanın ən az məskunlaşmış ölkələrdən biri olması, kəndlərə həkim cəlb etməyi daha da çətinləşdirir, çünki böyük məsafələr və ucqar yaşayış yerləri bu məsələnin həllini əngəlləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR