İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu qədər dövriyyənin olduğu bir yerdə biz nağdsız hesablaşmaları tətbiq etmək istəmirik”-deputat


Parlamentin bugünki iclasında “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə layihələrin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bir sıra vacib məsələlərə toxunub.  

Musavat.com xəbər verir ki, deputatın sözlərinə görə, “2021-ci ilin dekabrında “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik edəndə, o zaman nəzərdə tutulurdu ki, bir qrup mallar üçün 10 min manata qədər, digər qrup üçün isə 2 min manat nağd yolla alış-veriş olar: “O zaman mən çıxış etdim və konstitusiyanın 149-cu maddəsinə istinad elədim ki, normativ hüquqi aktlar ədalətli olmalı və bərabər münasibətə əsaslanmalıdır. Bundan sonra hörmətli Tahir Mirkşilinin də iştirakı ilə işçi qrupun nümayəndələri dəvət olundu və biz, Tahir müəllimin kabinetində müzakirə apardıq və belə qərar alındı ki, ümumiyyətlə bütün mallar üçün 4 min manatdan artıq olan ödənişlər nağdsız həyata keçirilməlidir. İndi yenə də 3.4.11-ci maddə ilə bağlı uyğunlaşma həyata keçiririk. Burada əslində uyğunlaşma hansı formada həyata keçirilməli idi? Burada istisnalar nəzərdə tutulub.

Məsələn, avtomobillər üçün. İndi də qızıl məmulatları üçün, yəni qiymətli daş-qaş üçün…Biz deyirik ki, onlar 15 minə qədər nağdsız əməliyyat həyata keçirə bilərlər. O zaman də mən söyləmişdim ki, biri çil-çıraq, biri mebel, biri avtomobil, biri soyuducu satır. Niyə həmin satıcının biri, yaxud bir mağaza 4 min manata qədər nağd alış-veriş edə bilər, amma başqa biri 15 min, avtomobillər isə... Elə avtomobil var ki, qiyməti 200-300, hətta 500 min manatdır. Yeri gəlmişkən mən statistikaya baxdım, təkcə 2022-ci ildə Azərbaycana 443147 avtomobil idxal olunub. Bunların ümumi dəyəri bir milyard 58 milyon dollardan artıq olub. Yəni bu qədər dövriyyənin olduğu bir yerdə biz nağdsız hesablaşmaları tətbiq etmək istəmirik, burada istisna müəyənləşdiririk. Yaxud qızılla bağlı bunu demək olar. Ona görə mən, bir daha o  məsələyə qayıdıram ki, konstitusiyanın tələblərinə uyğun olaraq, əslində 4 min manatdan yuxarı istənilən satılan daşınar-daşınmaz əmlak nağdsız formada  həyata keçirilməldir. Bu eynilə də mənzil alqı-satqısına da tətbiq olunmalıdır. İndi də bilirik ki, mənzil satılanda mənzil tikənlər böyük məbləğdə nağd pul alırlar və ya öz aralarında müqavilə bağlayırlar. Yəni diqqət daha çox iri alış-verişlərə yönəldilməlidir nəinki mağazalarda baqquş satanlara”.


E.Paşasoy,
Musavat.com 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR