Onlayn ictimai-siyasi qəzet
Son illər təbii və bitki tərkibli vasitələrə maraq durmadan artır. Səbəb sadədir – insanlar artıq kimyəvi dərmanlardan uzaq durmağa, orqanizmlərini təbii yolla təmizləməyə və gücləndirməyə üstünlük verirlər. Məhz bu məqsədlə təqdim olunan bu qarışım – həm dadlı, həm də müalicəvi təsiri ilə bir çox insanın gündəlik rasionuna daxil edilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, cəmi 1 həftə ərzində istifadə etdikdə bu möcüzəvi qarışım bağırsaqları təmizləyir, qaraciyərin fəaliyyətini gücləndirir, immuniteti artırır, dərini təravətləndirir və orqanizmdə toplanmış zərərli toksinləri bədəndən xaric edir.
Qarışımın tərkibində adətən limon, zəncəfil, bal, alma sirkəsi və ilıq su yer alır. Bu maddələrin hər biri təkbaşına faydalı olsa da, birlikdə istifadə olunduqda orqanizmə təsiri qat-qat artır.
Mütəxəssislərin fikrincə, səhər acqarına bu qarışımı qəbul etmək maddələr mübadiləsini sürətləndirir, arıqlama prosesini dəstəkləyir və enerjini artırır.
Qeyd edək ki, bu resept heç bir dərman əvəzlisi deyil və hər hansı xroniki xəstəliyi olan şəxslər onu istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Ancaq sağlam insanlar üçün bu təbii vasitə – 7 gün ərzində orqanizmdə hiss olunan müsbət dəyişikliklərlə əsl möcüzəyə çevrilə bilər.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ