İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələr Azərbaycanda kənd təsərrüfatı sahəsinə investisiya qoymaqda maraqlıdır

"Xarici investorların cəlb olunması üçün fəal iş aparırıq. Xüsusilə, dost ölkələr olan İsrail, Macarıstandan bu sahəyə maraq var".

Musavat.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Taxılçılar Assosiasiyasının İdarə heyətinin sədri Niyazi Əmirbəyov deyib.

Onun sözlərinə görə, hələ ki, investisiyaların həcmi ilə bağlı dəqiq rəqəm səsləndirmək mümkün deyil:

"Danışıqlar davam edir. Dövlətin siyasəti də daha çox investor cəlb etmək istiqamətindədir. İnvestisiyalar kənd təsərrüfatının, demək olar ki, bütün sahələrini - becərilmə, toxum emalı, heyvandarlıq və s. əhatə edir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR