İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən Putini QƏZƏBLƏNDİRƏN HƏMLƏ - "Düşmən hərəkətidir!"

Avstraliyanın paytaxtı Kanberrada Rusiya səfirliyinin davam edən tikintisi dayandırılıb.

Musavat.com xəbər verir ki, Avstraliya parlamenti casusluq riski səbəbindən xüsusi qanun layihəsini qəbul edib və yeni qanun çərçivəsində parlament yaxınlığında inşa edilməkdə olan Rusiya səfirliyinin binasının tikintisini dayandırıb.

Avstraliyalı siyasətçi Entoni Albanes deyib ki, kəşfiyyat agentlikləri məsələ ilə bağlı çox aydın təhlükəsizlik məsləhətləri veriblər.

"Ukraynanı işğal etdiyini nəzərə alsaq, Rusiya beynəlxalq hüquqdan danışacaq bir mövqedə deyil" - o deyib.

Bildirilir ki, yeni qanun mövcud Rusiya səfirliyinə təsir etməyəcək.

Kremlin sözçüsü Dmitri Peskov Avstraliyanın bu addımını "Rusiyanın gələcəkdə nəzərə alacağı düşmənçilik hərəkəti" kimi qiymətləndirib və "hazırda Qərb ölkələrində Rusiyaya qarşı davam edən kollektiv düşmənçiliyi" izlədiyini bildirib.

Qeyd edək ki, Rusiya 2008-ci ildə Avstraliya parlamentindən təxminən 400 metr aralıda yerləşən ərazidə yeni səfirlik binasının təməlini qoymuşdu.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR