Onlayn ictimai-siyasi qəzet
Aprelin 13-də Tacikistanda baş verən və bir uşağın ölümü ilə nəticələnən zəlzələdə ölkənin iki rayonunda 100-ə yaxın yaşayış binası dağılıb, onlarla binaya ziyan dəyib.
Musavat.com Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin ilkin məlumatına istinadən xəbər verir ki, Rəşt rayonunun 5 kəndində 40 yaşayış binası tamamilə, 5 yaşayış binası, 3 çayxana və 1 yardımçı məktəb binası qismən dağılıb. Bundan başqa, Uşturpast kəndində üç yaşlı uşaq evin divarları arasında sıxılaraq ölüb:“Ümumilikdə, Tacikabad rayonunda ilkin məlumatlara görə, 54 yaşayış binası tamamilə dağılıb, 45 binaya qismən ziyan dəyib, 61 yaşayış binası və orta təhsil müəssisəsinin 2 korpusuna yüngül ziyan dəyib, 196 yardımçı binaya tam, 3 çayxana və 1 tibb müəssisəsinə qismən ziyan dəyib”.
Qeyd edək ki, aprelin 13-də yerli vaxtla saat 9:24-də Tacikistanda zəlzələ qeydə alınıb: onun episentri Düşənbədən 160 km şimal-şərqdə, Rəşt vilayətindən 21 km şərqdə yerləşib. Yeraltı təkanların gücü episentrdə 5-6 bal, Rəşt bölgəsində 4-5 bal, Düşənbədə 3 bal təşkil edib. Həmin gün respublika ərazisində daha iki yeraltı təkan qeydə alınıb.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ