İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə meymunçiçəyindən ölənlərin sayı 500-ü ötdü

2024-cü ildə 12 Afrika ölkəsində meymunçiçəyi ilə bağlı (mpox) 517 ölüm hadisəsi, 17.541 yoluxma qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Afrika CDC) məlumatında bildirilib.

Qeyd edilir ki, iyulun sonunda yoluxma hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 160% çox olub. Ən çox yoluxma Konqo Demokratik Respublikasında qeydə alınıb: 96% və 97% ölüm.

Qeyd edək ki, ilk olaraq İsveçdə mpox infeksiyası aşkar edilmişdi.  Pakistanın Səhiyyə Nazirliyi isə  Körfəz ölkəsindən qayıdan bir şəxsdə meymun çiçəyi xəstəliyinin olduğunu təsdiqləyib.

 

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR