Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Ayova ştatında fermada toyuqlarda quş qripi aşkar edilib. Ştatın qubernatoru Kim Reynolds iyunun 27-dək qüvvədə olan fövqəladə vəziyyət elan edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Ayova ştatının rəsmiləri Sioux County bölgəsində toyuqlarda quş qripi aşkarlandığını təsdiqləyib.
ABŞ-ın Kənd Təsərrüfatı Departamenti (USDA) də yumurtlayan toyuqlarda yüksək patogenli quş qripinin (HPAI) aşkarlandığını bildirib.
Qeyd edək ki, ABŞ-da daha əvvəl bəzi inəklərin südündə quş qripi (H5N1) aşkar edilib. İki işçi quş qripinə tutulub, süd içən bəzi pişiklər isə virusdan ölüb.
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ