İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə ÇAXNAŞMA BAŞLADI: gecə saatlarında - ŞOK VİDEO

Pakistan Hindistana qarşı hərbi əməliyyata başlamaq niyyətində deyil.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Xavaca Asif “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.

Nazir qeyd edib ki, Pakistan heç bir qarşıdurmaya təşəbbüs etməyi planlaşdırmır:

“Əgər qarşı tərəfdən hansısa addım atılarsa, biz də ona müvafiq şəkildə cavab verəcəyik. Lakin indiki şəraitdə vəziyyəti gərginləşdirmək istəmirik”, - deyə, o vurğulayıb.

Asif əlavə edib ki, Hindistanın Pakistana qarşı hərbi müdaxiləsi olacağı təqdirdə, cavab tədbirləri adekvat və sərt olacaq.

Onu da qeyd edək ki, gecə saatlarında Pakistani ordusu Lipi bölgəsində iki Hindistan blok-postunu məhv edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR