İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə avtobus partladı: 4 ölü, 30-dan çox yaralı var

Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Bu barədə Pakistanın "DAWN" agentliyi məlumat yayıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, partlayış Kəraçidən Turbat istiqamətində hərəkət edən avtobusda baş verib. Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda partlayışla bağlı hərtərəfli araşdırma aparılır.

Hücuma görə məsuliyyəti "Bəlucistan Azadlıq Ordusu" qruplaşması öz üzərinə götürüb.

Pakistanın Baş naziri Şahbaz Şərif hücumu pisləyib.

"Terrorçular öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Hökumət və təhlükəsizlik qüvvələri terrorçulara qarşı fəal mübarizə aparır", - Baş nazir vurğulayıb. /APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR