İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məhsul marketlərdən yığışdırılır - İçindən şüşə qırıqları çıxdı - FOTO

Məşhur makaron sousu marketlərdən geri çağırılıb.

Buna səbəb içində şüşə qırıntılarının olma ehtimalıdır.

"Organic Alla Norma Sauce" adlı sousun bəzi partiyalarında şüşə qırıqları aşkarlanıb və satışdan yığışdırılaraq istehlakçılara yeməmək xəbərdarlığı edilib. Geri çağırılma 140227 partiya nömrəli və istifadə müddəti 14/02/2027 olan məhsulları əhatə edir.

Qida Standartları Agentliyi bildirib ki, bu sousu alanlar dərhal marketə qaytarıb pulunu geri almalıdırlar. İstehlakçılara "əgər bu məhsuldan almısınızsa, onu yeməyin" xəbərdarlığı edilib.

Agentlik qeyd edib ki, geri çağırma qərarı məhsulda insan sağlamlığı üçün təhlükə yarada biləcək problem aşkarlananda verilir. Sousun geri çağırılması "Ocado" da daxil olmaqla onu satan bütün mağazalara şamil olunub./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR