İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ilin yanvar-avqust aylarında 140 qadın sahibkara 9,9 milyon manat güzəştli kredit verilib

Azərbaycanda 2022-ci il üzrə qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əmək haqqının 68,1% -ni təşkil edib.

Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova
Azərbaycan Qadınlarının VI Qurultayında bildirib.

O deyib ki, 2015-ci ildə bu nisbət 53,9% təşkil edirdi. Xüsusilə, kiçik və orta sahibkarlıqda biznes fəaliyyətinin dəstəklənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən təkcə 2023-cü ilin yanvar-avqust ayları ərzində 140 qadın sahibkara ümumilikdə 9,9 milyon manat güzəştli kredit verib. 

2022-ci ildə iqtisadi fəal əhalinin tərkibində qadınlar 48,3%, məşğul əhalinin arasında 47,8% təşkil edib. 2023-cü il iyulun 1-nə olan məlumata əsasən isə qadın sahibkarların sayı 285 min 705 nəfər (ümumi sahibkarlar içərisində 22,4%) təşkil edib. 

Komitə sədri əlavə edib ki, qadın və gender məsələləri sahəsində 161 təşkilat fəaliyyət göstərir:

"Həmin təşkilatlardan 155-nə qadınlar rəhbərlik edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi müsabiqədə “Ailə, Qadın, Uşaq və Gender Məsələləri” istiqaməti üzrə 56 layihə maliyyələşib. Layihələrin ümumi büdcəsi 427 500 manat təşkil edib. Bu gün Azərbaycan qadınının hər bir sahədə qazandığı nailiyyətlər hamımızın məsuliyyətini daha da artırır, gələcək nəsillər üçün davamlı inkişafa yol açır". 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR