İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu il Türküstanda Yasəvi məqbərəsində partlayışın qarşısı alınıb" - Seysembayev

Bu il Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları ölkənin cənubunda məqbərəni partlatmaq cəhdinin və paytaxtda silahlı hücumun qarşısını alıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturu Şurasının iclasında idarənin sədr müavini Ruslan Seysembayev məlumat verib.

“Bu müddət ərzində Qazaxıstanın özündə artan terror təhlükəsi qalmaqdadır. Hər il ən azı iki terror aktının qarşısı alınır. Yalnız bu il hazırlıqların ilkin mərhələsində Türküstanda Xoca Əhməd Yasəvinin məqbərəsində əldəqayırma partlayıcı qurğunun işə salınması cəhdlərinin, eləcə də Astanada insanların sıx toplaşdığı yerlərdə silahlı hücumun qarşısı alınıb”, – Kazinform agentliyi Seysembayevdən sitat gətirir.

Qeyd edək ki, müasir doqquzmərtəbəli binalar boyda olan Xoca Əhməd Yasəvi məqbərəsi 1389-cu ildə böyük özbək hökmdarı əmir Teymur tərəfindən şair-filosof Əhməd Yasəvinin xatirəsinə ehtiram əlaməti olaraq tikilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR