İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Türkiyəyə gedən rusların sayı 6 milyonu keçəcək

Bu ilin yekununda Rusiyadan Türkiyəyə istirahətə gedən turistlərin sayı 6 milyon nəfəri keçəcək.

Musavat.com xəbər verir ki, Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidzenin TASS-a dediyinə görə, bu, 2022-ci illə müqayisədə ən azı 15 faiz çoxdur.

2022-ci ildə Türkiyəyə 5,2 milyon rusiyalı səyahətçi getmişdi.

Bundan əvvəl ATOR Türkiyənin rəsmi statistikasına istinadla bildirmişdi ki, bu ilin 10 ayı ərzində Rusiyadan Türkiyəyə turist axını 5,8 milyon səfər təşkil edib. Bu isə həmin dövrdə Türkiyəyə gələn ümumi xarici turist axınının 21 faizi deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR