İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu içkilər insulta səbəb olur - ARAŞDIRMA

Qazlı içkilər, meyvə şirələri və qəhvə gün ərzində ən çox istehlak edilən içkilər sırasındadır.

Son araşdırmalar bu içkilərdən tez-tez istifadə edənləri gözləyən bir riski üzə çıxarıb.

27 ölkədə 27 mindən çox insan üzərində aparılan araşdırmanın nəticələri hər gün bu içkilərdən istifadə edənləri narahat edib.

Galway Universiteti və McMaster Universiteti tərəfindən aparılan araşdırmada qazlı içkilər, meyvə şirəsi və qəhvə istehlak edənlərlə bağlı araşdırmanın nəticələri üzə çıxıb.

Araşdırmalar nəticəsində məlum olub ki, qazlı içkilər və meyvə şirələri istehlakı insult riskini artırır. Araşdırma nəticəsində gündə dörd fincandan çox qəhvə içməyin də oxşar risk daşıdığını məlum olub.

27 000-dən çox insanın iştirak etdiyi bu araşdırmada iştirakçıların yarısı həyatlarında ilk dəfə insult keçirmiş insanlar olub.

Tədqiqat iştirakçıları təkcə müxtəlif etnik mənsubiyyətlərdən və coğrafi bölgələrdən deyil, həm də onların ürək-damar risk profilləri də geniş şəkildə fərqlənirdi.

Qazlı içkilərin insult riskini 22 % artırdığını göstərən araşdırmada gündə iki və ya daha çox dəfə qazlı içki qəbul etməyin bu riski daha da artırdığı bildirilir.

Bununla belə, bir çox meyvə şirəsi məhsulları təzə meyvədən çox konsentratlardan hazırlanır və şəkər və konservantlardan ibarətdir ki, bu da insult riskini artıra bilər.

Xüsusilə, meyvə şirəsi istehlakının beyin qanaması nəticəsində insult riskini 37 % artırdığı müəyyən edilib. Gündə iki porsiya meyvə suyu içənlərdə bu risk üçqat artır və bu artım xüsusilə qadınlarda özünü göstərir.

Başqa bir tərəfdən isə çay istehlakının insult riskini azaltdığı müəyyən edilib. Gündə 3-4 stəkan qara çay içmək insult riskini 29% azaldır. Eyni şəkildə, yaşıl çay istehlakı da insult riskini 27% azaldır.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR