İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Türkiyə-Niderland oyunu keçiriləcək- Türk dünyasının gözü və qəlbi Almaniya stadionunda

Bu gün Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.

Musavat.com xəbər verir ki, günün ilk oyunu İngiltərə və İsveçrə yığmaları arasında keçiriləcək. Düsseldorf şəhərinin “Esprit Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər matçda Niderland ilə Türkiyə komandaları üz-üzə gələcək. Berlində yerləşən Olimpiya stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Oyuna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da stadiondan baxacaq. Bu oyunu təkcə Türkiyə vətəndaşları deyil, bütün türk dünyası yaxından izləyəcək. 

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də "X" sosial şəbəkəsində Türkiyə millisinə Niderlandla ilə oyunda qələbə arzu edib. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR