İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün dünya bunlara şahidlik edəcək: Saat 17:00-da.. - TƏCİLİ

Xəbər verdiyimiz kimi, İsrail ilə Fələstin arasında əsir mübadiləsi razılaşması çərçivəsində 4 günlük humanitar atəşkəs bu gün yerli vaxtla saat 07:00-da başlayıb.

Musavat.com xəbər verir ki, İsrail və HƏMAS arasında dörd günlük atəşkəs HƏMAS-ın İsrailin azad edəcəyi 150 fələstinli məhbus müqabilində 50 girovu təslim etməsini şərtləndirir. Məhkum mübadiləsi Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.

Bu gün Qəzzada nələr yaşanacaq?

- İsrail və Fələstin arasında əldə olunan razılaşma çərçivəsində ilk israilli məhbus qrupu - 13 qadın və uşaq yerli vaxtla saat 16:00-da (Bakı vaxtı 18:00) azad ediləcək.

- Qırmızı Xaç girovları Rəfah sərhəd qapısına qədər müşayiət edəcək. Şəxsiyyətin müəyyənləşdirilməsi prosesindən sonra girovlar İsrail ordusuna təhvil veriləcək.

- Girovlar fiziki və psixoloji yardım üçün Təl-Əvivdəki xəstəxanalara aparılacaq.

- Mübadilənin ilk günündə 39 fələstinli məhbus İsrail tərəfindən azad ediləcək. Fələstinlilər Deymon və Megiddo həbsxanalarından İordan çayının qərb sahilindəki Ofer həbsxanasına, oradan isə sərhəd qapısına aparılaraq ailələrinə təhvil veriləcək.

- Gün ərzində Misirdən Qəzzaya humanitar yardımın gəlməsi gözlənilir. HƏMAS hər gün 200 yardım maşınının Qəzzaya girəcəyini bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR