İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün AK Partiyanın İstanbul namizədi bəlli olur



Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bu ilin mart ayında keçiriləcək bələdiyyə seçkilərində namizədləri bəlli olur.

Musavat.com Türkiyə  mediasına istinadən xəbər verir ki, hakim partiya  bu gün İstanbul Haliç Konqres Mərkəzində 26 şəhərə namizədlərini ictimaiyyətə təqdim edəcək. Tədbirdə İstanbul da daxil 11-i böyük şəhər olmaqla 26 bələdiyyə başçı namizədi açıqlanacaq. Mərasimin Bakı vaxtilə saat 15-də başlaması gözlənilir.

Mərasimdə əvvəlcə qısametrajlı film nümayiş etdiriləcək, daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı olacaq, ardınca isə namizədlərin adları əlifba sırası ilə açıqlanacaq. Qalan 46 bələdiyyə sədrliyinə namizəd yanvarın 15-də Ankarada açıqlanacaq.

Son gələn məlumatlara görə, hakim partiya İstanbula keçmiş nazir Murat Kurumun namizədliyini irəli sürəcək. Müxtəlif qaynaqlar Ankaradan Turqut Altınokun (Keçiörən rayonunun meri), İzmirdən isə sabiq millət vəkili Əkrəm Dağın namizədliyinin irəli sürüləcəyini xəbər edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR