İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, gərginliyi körükləyəcək” - XƏBƏRDARLIQ

Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı hesab edir ki, ən azından Ermənistan Avropa İttifaqının məlum müşahidə missiyasının uzadılması məsələsində Azərbaycanın rəyini nəzərə almalıdır.

Ekspert bu barədə Musavat.com-a açıqlamasında bildirib.

qafar.png (544 KB)

“Çünki Ermənistan-Azərbaycan sülh sazişi masadadır və ermənilər sülhə getmək istəyirlərsə, qarşı tərəfin fikrini soruşmalıdırlar. Avropa İttifaqı missiyasının sərhədlərimizdə müşahidəçiliyinə biz razılıq verməmişik. Həmin missiyanın davam etməsi bölgədə gərginliyi azaltmır. Əksinə, onu daha dözülməz həddə çatdırır, eskalasiya risklərini çoxaldır”, - deyə Qafar Çaxmaqlı bildirib.

Politoloq İrəvanın Aİ missiyası ilə bağlı israrı fonunda da təxribatları istisna etmir:

“Heç kim zəmanət verə bilməz ki, həmin casus şəbəkəsi Ermənistanı yeni təxribatlar törətməyə sürükləməyəcək. Bunların olmaması üçün Azərbaycan bu missiyadan imtina edilməsini tələb edir. Ermənistan bu missiyanın guya təhlükəsizlik baxımından faydalar verdiyini dilə gətirərək onun davam etdirilməsi qərarı verə bilər. Bu isə onu göstərəcək ki, sülh sazişini əngəlləmə yolunu kim tutub”.

Aİ missiyasının ömrünün uzadılmasına gəlincə, Qafar Çaxmaqlı bunları deyib:

“Belə ssenari gözlənilən idi və Ermənistan buna çox çalışırdı. Avropa İttifaqı da Cənubi Qafqazda varlığını göstərmək üçün fürsəti dəyərləndirdi. Əlbəttə, bu, gərginliyi körükləyəcək. Onları maraqlandıran da elə budur: bölgədə sabitliyin olmaması. Belə halda müdaxilə imkanları artır. İndiyədək sülh anlaşmasının olmamasının səbəbi də budur. Bəzi güclərə və dövlətlərə sabitlik əl vermir, çünki onların müdaxilə imkanları məhdudlaşır. Aİ müdaxilə imkanlarını genişləndirmək istəyir”.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR