İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gecə də Tiflisdə 100-dən çox etirazçı həbs edildi


Gürcüstan polisi Tbilisidə parlament önündə keçirilən etiraz aksiyası zamanı 107 nəfəri saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, toqquşmalar nəticəsində 10 asayiş keşikçisi yaralanıb.

“Bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə tibb müəssisəsində hələ də bir polis qalıb. Qanunverici orqanın yaxınlığında ayrı-ayrı şəxslər infrastruktura, parlamentin təhlükəsizlik barrikadasına ziyan vurub, müxtəlif obyektləri yandırıb, parlamentin giriş qapılarına və müşahidə kameralarına ziyan vurub.

Asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edilib... 107 nəfər saxlanılıb”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən verilən məlumata görə, həbslər xuliqanlıq və ya polisin tələblərinə tabe olmama maddələri ilə həyata keçirilib.

Qeyd edək ki, noyabrın 29-da saat 19:00 radələrində Tiflisdə etiraz aksiyası yenidən başlayıb. Müxalifət, onların fəalları və sadə vətəndaşlar Gürcüstan hakimiyyətinin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına etiraz edirlər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR