Onlayn ictimai-siyasi qəzet
Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranıb.
Musavat.com xəbər veirr ki, bu barədə “Report”a sakinlər məlumat verib.
Belə ki, artıq 2 saatdır ki, bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilib.
Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsindən bildirilib ki, yaranan problem şəhər ərazisində qaz tənzimləyici qurğuda yaranan tutulma ilə əlaqədardır. Hazırda problem aradan qaldırılır.
30 Mart 2025
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ