İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu, cinsdən-cinsə dəyişən..." - Qalmaqallı açıqlama

İnsanlara xas olan neqativ xüsusiyyətdən biri də dedi-qodudur. Hətta elələri var ki, bir an belə qiybət etmədən dayana bilmir. Əvvəl qiybətcil olmağı ən çox qadınlara aid edirdilər. Fəqət zaman dəyişdikcə, həmin nüans kişilərin də xarakterinə əlavə olunmağa başlayıb. Artıq elə kişilər var ki, qadınlara bu mövzuda dərs keçəcək qədər professionallaşıblar.

Maraqlıdır, sözügedən məsələnin kişilərə də yansımasında hansı amillər rol oynayır?

Məsələ ilə bağlı psixoloq Gülnar Orucova "Yeni Sabah"a fikir bildirib. Onun sözlərinə görə, bu hal özünü ən çox müğənnilər və tanınmış insanlar arasında büruzə verməyə başlayıb:

"Elə insan var ki, qadın belə olsa, qiybət etməyi sevmir. İnsan da var ki, qiybət üçün ürəyi gedir. Bu ailədən, verilən tərbiyədən, çıxdığı mühitdən asılı olur. Bəzi məsələlərdə isə qiybət belə qiybət olmaqdan kənara çıxır. Yəni insan haqqında bilib-bilmədən elə ittihamlar irəli sürülür ki, həmin şəxsin qınanılmasına, günahkar vəziyyətə düşməsinə səbəb olur. Son zamanlar isə qadınlarla bərabər kişilərin də dedi-qodu etməsinin şahidi oluruq. Sözügedən məsələ ən çox da tanınmışlar arasında cərəyan edir. Baş verən, ya da baş verməyən bir hadisədən danışmaq, hətta həmin şəxs olmayanda bunu birin üstünə beş qoyub müzakirə etmək heç də doğru bir hal deyil".

Psixoloq qeyd edir ki, dedi-qodu insanın xarakterindən asılıdır:

"Qeybət sırf olaraq insanın xarakteri ilə əlaqəli məsələdir və bu, insandan-insana, cinsdən-cinsə dəyişən bir şeydir. İnsanların bu yola əl atmağının kökündə özünün əldə edə bilmədiyi nələrinsə başqasında olması dayanır. Qiybət varsa, paxıllıq, kin, həsəd var. Dedi-qodu bu vəziyyətlərdə ortaya çıxır.

Onu da əlavə edim ki, əgər kimsə sizin qiybətinizi edib, arxanızdan danışırsa, deməli siz həmin adamdan öndəsiniz. Məhz bu səbəbdən o sizin uğurlarınızı həzm edə bilmədiyindən haqqınızda nə gəldi danışır. Hazırda yaşadığımız dövr bir yarış, marafondur. İnsanlar maddiyyatla özlərini sübut edib, tanıtmağa çalışırlar. Bu baxımdan kimsə nəyəsə sahib olan kimi onu pisləməyə başlayırlar. Məhşurlarda da belədir. Ev, villa, maşın, bədənşəkilləndirmə yarışı gedir. Belə olduqda yalan, ya da gerçək məlumatlar yayaraq bir-birlərini əzməyə çalışırlar. Ancaq düzgün olsa belə heç kimin bu cür davranmağa haqqı yoxdur".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR