Onlayn ictimai-siyasi qəzet
Serbiyada prezident Aleksandr Vuçiçi təhdid edən şəxs saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Tanjug” agentliyi Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb .
“Respublika prezidentinin təhlükəsizliyinə təhdid səbəbindən Draqan Miyatoviç saxlanılıb və 48 saat müddətinə həbs edilib”, - məlumatda deyilir.
Qeyd edilib ki, Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsddən sonra Vuçiçə sosial şəbəkələrdə təhdidlər gəlib.
Məlumata görə, oxşar təhdidlər əvvəllər də olub.
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ