İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşündə Ermənistana təhlükəsizlik təminatı verilərsə... - ŞOK DETALLAR

“Azərbaycanın 5 aprel görüşü ilə bağlı mövqeyi məntiqə və Cənubi Qafqazda, o cümlədən post-sovet məkanında formalaşmış geosiyasi reallıqlara əsaslanır. Mövqeyimiz ondan ibarətdir ki, Qərb tərəfdən regiona selektiv yanaşma olmamalıdır. Regionda yalnız bir ölkə üzərindən siyasət qurulmamalı, geosiyasi maraqların təmin edilməsi üçün istifadə edilməməlidir”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib.

Ekspert Qərbin dünyanın ən böyük iqtisadi, siyasi, hərbi gücü olduğuna diqqət çəkərək qeyd edib ki, Qərb məsuliyyətini və missiyasını aydın dərk edərək yalnız bir ölkənin deyil, bütövlükdə regionun təhlükəsizliyini düşünməlidir:

1701119342_17011009692437614659_1200x630.jpg (26 KB)

“Əgər görüş keçirilirsə, regiona daxil olan digər dövlətlər də dəvət edilməli, onların mövqeyi və maraqları nəzərə alınmalıdır. Qərb ilk növbədə Rusiya ilə qarşıdurma kontekstində Ermənistandan istifadə etməyə çalışır. Bu da regionda təhlükəsizlik mühitinə ciddi neqativ təsir göstərir. Bu istifadə artarsa, təsirlər daha da arta bilər. Ukraynadan sonra Cənubi Qafqaz da Qərb və Rusiya arasında qarşıdurma meydanına çevrilə bilər. Bu da region dövlətlərinin, Azərbaycanın, hətta Ermənistanın belə təhlükəsizlik maraqlarına uyğun deyil”.

M.Məmmədli eyni zamanda Ermənistan və Azərbaycanda arasında yekun sülh müqaviləsinin imzalanmadığını xatırladıb:

“Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən sülh müqaviləsi imzalanmayıb. Davamlı sülhün əldə olunmaması o deməkdir ki, müharibə ehtimalı var. Ermənistan həm də Azərbaycana qarşı ərazi iddialarını davam etdirir. İki ölkə arasında ciddi problemlərin mövcud olduğu şəraitdə Ermənistanın birtərəfli qaydada ehtimal olunan təhlükəsizlik təminatının verilməsi, hərbi paktın imzalanması yaxud digər-hərbi, siyasi, iqtisadi dəstəyin verilməsi bölgədə kövrək olan sülh prosesinə təsir göstərə bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR