İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın yeni sanksiyalarında diqqətçəkən məqam - niyə Kabayevanın anası?

Xəbər verdiyimiz kimi, Böyük Britaniya sanksiyalar siyahısını genişləndirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yeni sanksiya paketi Rusiyadan olan 92 nəfəri və şirkətləri əhatə edib.

Onların arasında olimpiya çempionu Alina Kabayevanın anası Lyubov Kabayevanın adı diqqəti cəlb edir.

Qeyd edək ki, dünya mediası uzun müddətdir Alina Kabayevanı Rusiya prezidenti Vladimir Putinin uşaqlarının anası adlandırır. Müharibədən əvvəl Qərb ölkələri Putinin ailə çevrəsini sanksiya siyahısına daxil etmirdilər və bunu Moskvanı cavab addımlarına təhrik etmək istəməmələri ilə izah edirdilər.

Fevralın 24-də Böyük Britaniyanın yeni sanksiya siyahısına Lyubov Kabayeva ilə yanaşı, Putinin keçmiş cangüdəni, Tula vilayətinin qubernatoru Aleksey Dümin, Rusiya hökumətinin keçmiş rəhbəri Viktor Zubkov, “Qazprom”un Direktorlar Şurasının rəhbəri, baş nazirin müavini Aleksandr Novak, Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev, Putinin köhnə dostlarından, “Şimal axını 2” operatorunun baş direktoru Matias Uorniq, “Aeroflot” və “Almaz-Antey”, “Rostex” şirkətlərinin yüksək səviyyəli idarəçiləri daxil edilib.

Bundan başqa, “Sankt-Peterburq”, “Uralsib”, “Bank Zenith” və “MTS-Bank” banklarına qarşı məhdudiyyətlər tətbiq olunub, habelə elektron komponentlərin, təyyarə hissələrinin və radioelektronikanın Rusiyaya ixracı yasaqlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR