Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Parlamentinin yeni tərkibi ölkə tarixində etnik cəhətdən ən müxtəlif parlament olub.
APA “Reuters“ə istinadən xəbər verir ki, parlamentarilərin 13%-i qaradərililər, asiyalılar və digər etnik azlıqların nümayəndələridir.
Nəşrin yaydığı məlumata görə parlament üzvlərinin demək olar ki, hər yeddi nəfərindən biri etnik azlıqların nümayəndəsidir.
Bundan əlavə, yeni parlamentdə qadınların sayı da yeni rekorda imza atıb. Belə ki, zərif cins parlamentdə 242 nümayəndəsi ilə təmsil olunur. Bu isə 2019-cu illə müqayisədə 22 nəfər çoxdur.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ