Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Rusiyanın mümkün hücumuna qarşı dayanmaq üçün 12 hücum nüvə sualtı qayığı inşa edəcək.
Musavat.com xəbər verir ki, bu, Böyük Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda əksini tapıb.
Qeyd olunur ki, donanma atom güc qruğusu və adi silahlara malik SSN-AUKUS tipli sualtı qayıqlarla genişləndiriləcək. Onlar Avstraliya, Böyük Britaniya və ABŞ-ın hərbi alyansı olan AUKUS çərçivəsində hazırlanacaq. Böyük Britaniyanın müdafiə naziri Con Heli bildirib ki, məqsəd Rusiya təhlükəsinə hazır olmaqdır: "Möhtəşəm sualtı qayıqlarımız Böyük Britaniya və müttəfiqlərimizin təhlükəsizliyini qorumaq üçün 24/7 növbətçilik edir. Lakin biz təhlükələrin artdığını bilirik və Rusiya təhlükəsinin qarşısını almaq üçün qətiyyətlə hərəkət etməliyik".
Sualtı qayıqların inşası ilə bağlı elanı Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Strateji Müdafiə İcmalının təqdimatı çərçivəsində verməlidir. Artıq bir neçə aydır ki, hazırlıq mərhələsində olan sənəddə müdafiənin gücləndirilməsi ilə bağlı 62 tövsiyə və ölkə üçün əsas təhlükələr sadalanacaq. Bildirilir ki, "bu Strateji Müdafiə İcmalı Böyük Britaniyanın müasir çağırışlara hazır olmasını və silahlı qüvvələrinin ölkənin evdə təhlükəsizliyini təmin etmək üçün lazımi avadanlıqlara malik olmasını təmin edəcək".
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ