İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı nazir Qəzzanın işğalı məsələsində Baydenlə razılaşmayıb

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ABŞ prezidenti Co Baydenin İsrailin Qəzza zolağının işğalının “böyük səhv” olacağına dair iddiası ilə razılaşmayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazir bu barədə Britaniyanın Vaşinqtondakı səfirliyində jurnalistlərə açıqlamasında bildirib.

“Beynəlxalq humanitar hüquq pozulmadığı müddətcə, bunu necə etmək (əməliyyatı həyata keçirmək) barədə qərarlar İsraildə qalır”, - deyə “Politico” qəzeti Şappsdan sitat gətirir. Nəşr qeyd edir ki, Baydenin mövqeyi ilə razılaşıb-razılaşmadığına dair sualı cavablandıran Britaniya Müdafiə Nazirliyinin rəhbəri deyib ki, o, “əməliyyatın necə olması barədə İsrailə konkret məsləhət vermək” istəmir.

“Politico” qeyd edir ki, Şappsın açıqlamaları “ABŞ və Böyük Britaniya arasında kiçik, sakit uçurumu” nümayiş etdirir ki, bu da Britaniya müdafiə nazirinin Vaşinqtona səfərini “bir az yöndəmsiz” edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR