İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada terror olacağı barədə xəbərdarlıq edildi

Kəşfiyyat xidmətləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin Böyük Britaniyada terror aktlarına səbəb ola biləcəyini etiraf edib.

“Report”un məlumatına görə, bunu “Sky News”a müsahibəsində Britaniyanın “MI5” əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum deyib.

“Təəssüf ki, karyeram boyu Yaxın Şərqdəki hadisələr tez-tez Avropa və Böyük Britaniyaya təsir edib. Mənim komandam Yaxın Şərqdəki hadisələrin Böyük Britaniyadakı bəzi insanları hansısa hücuma cəhd etməyə sövq edəcəyi ehtimalına tamamilə hazırdır”, - deyə o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR