İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya XİN başçısı: Avropanı təhlükəli gələcək gözləyir

Avropanı təhlükəli gələcək gözləyir.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron bildirib.

O söyləyib ki, dünya kritik dönüş nöqtəsindədir: “Ukrayna müharibədə qalib gəlməlidir. Əks halda Avropa çox təhlükəli ssenari ilə üzləşəcək”.

Nazir, həmçinin NATO qoşunlarının Rusiyaya göndərilməsi təklifinə etiraz edib. O, bunun təhlükəli eskalasiyaya səbəb olacağı barədə xəbərdarlıq edib.

D.Kameronun fikrincə, Avropanı iki gələcək gözləyir: “Qərb silahları ilə dəstəklənən Ukrayna qüvvələri Rusiya ordusunu torpaqlardan sıxışdırıb çıxara bilər. Beləliklə, ədalətli sülh təmin olunar. Bu, həm bizim, həm də Avropa üçün təhlükəsizlik və firavanlıq deməkdir. Amma Rusiya uğurlu olsa və Ukrayna geri çəkilsə, onda çox təhlükəli vəziyyət yaranacaq”.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR